​Zimbabve prezidentinin keçmiş müavini paytaxta qayıtdı

Zimbabvedəki dövlət çevrilişindən sonra R.Muqabenin vəzifəsindən azad etdiyi müavini Emmerson Mnanqaqva paytaxta qayıdıb.
Muxalifət.az xəbər verir ki, hazırda girov saxlanılan 93 yaşlı prezident ölkədəki vəziyyətlə bağlı Zimbabvenin sabiq baş naziri Morqan Tsvanqiray ilə telefon əlaqəsi saxlayıb.
Sabiq baş nazir ölkədə baş verən hadisələri yoluna qoymaq məqsədilə müalicə üçün getdiyi Cənubi Afrika Respublikasından paytaxta qayıdıb.
Xatırladaq ki, ötən gün hərbçilər prezident Rober Muqabenin iqamətgahı və dövlət teleradio şirkətinin binasını ələ keçirirərək hakimiyyəti istefaya göndəriblər. Hərbçilərin sözlərinə görə, onların məqsədi dövlət çevrilişi etmək yox, cinayətkarlarla mübarizə tədbirləri həyata keçirməkdir./publika/