​Zığ, Zəli gölü, Nübar qəsəbəsi və başqa sürüşmə sahələrində SON DURUM

Baxış sayı:
2614

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində sürüşmə zonalarındakı vəziyyətlə bağlı məlumatı açıqlayıb. ETSN-dən Trend-ə verilən məlumata görə, nazirlik iyul ayı ərzində də sürüşmə zonalarındakı vəziyyəti nəzarətdə saxlayıb.
Monitorinqlərin nəticələrinə görə, respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb. Onlardan 23-ü Bakıda baş verib.
Paytaxt üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.
Bundan əlavə, Binəqədi rayonunda, I mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində, Sabunçu rayonunda Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Savalan, Şuşa şəhərciyi subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunub. Abşeron rayonunun Nübar qəsəbəsində təbii və texnogen faktorlar sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.