​Zığ şosesində uçqun tipli sürüşmə baş verib

Baxış sayı:
7270

18 oktyabr 2018-ci il tarixində Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən Azvision - a verilən məlumata görə, uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.