​“Zəif iqtisadiyyat, Qarabağ, resursların yoxluğu onları Rusiyadan tam asılı edib...”

Baxış sayı:
5317

Ukrayna Ali Radasının deputatı Mustafa Nayem Ermənistanda hakimiyyət dəyişikliyinə baxmayaraq bu ölkənin Rusiyadan tam asılı olaraq qaldığını bildirir.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, deputat bu haqda özünün Facebook səhifəsində yazıb. Bu günlərdə Rusiya sərhədçiləri Nayemi Ermənistana buraxmamışdı.
Deputat bildirir ki, Ermənistan Rusiyadan asılılığının gücündən kremlyönümlü kursun girovuna çevrilib. Onun sözlərinə görə, Ermənistanın Rusiyadan asılılığının bir neçə səbəbi var-Rusiya hərbi bazası, energetika və iqtisadi əlaqələr. Və Dağlıq Qarabağ münaqişəsi.
“Zəif iqtisadiyyat, resursların yoxluğu, nəzarətsiz hakimiyyət orqaları və Dağlıq Qarabağda tüstülənməkdə olan münaqişə Ermənistanın yeni hakimiyyətini ölkəni tamamilə Rusiyadan asılı vəziyyətə salan əvvəlki rejimin çoxillik siyasətinin girovuna çevirib. Həmin şey 2013-cü ildə ukraynalıların da başına gələ bilərdi, əgər insanlar küçələrə çıxmasaydı və Avromaydan baş verməsəydi”-Mustafa Nayem bildirib.
Ukraynalı siyasətçi əlavə edib ki, böyük sayda erməni öz vətənlərində Rusiya ilə münasibətlərə neqativ yanaşır.
“Ermənistanla müqayisə edəndə Ukrayna canlı tarixə çevrildi: öz nümunəmizdə biz ya sübut edəcəyik ki, hətta böyük qonşu ilə də bərabər əsasda danışaraq yaşayacağıq, ya da bütpv regionun ümidlərinin iflasına çevriləcəyik”-Nayem vurğulayıb.