​Zidan Ronaldodan imtina etdi – SIYAHIDA 19 FUTBOLÇU VAR

Baxış sayı:
1379

“Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan İspaniya kubokunun dörddə bir final mərhələsi çərçivəsində “Leqanes”lə keçiriləcək qarşılaşmanın iştirak ərizəsinə portuqaliyalı ulduz Kriştianu Ronaldonu salmayıb.
Klubun “Leqanes”lə görüş üçün nəzərdə tutulan iştirak ərizəsi kral klubunun Tvitter hesabında paylaşılıb.
19 iştirakçının qeyd olunduğu siyahıda portuqaliyalı ulduzun adının yer almaması azarkeşlərdə təəccüb doğurub.