Zidan "Mançester Yunayted"in diqqət mərkəzində

Baxış sayı:
3514

İspaniyanın "Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Muxalifet.az "The Sun"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssisin xidmətlərində "Mançester Yunayted" klubu maraqlıdır. Bildirilir ki, "qırmızı şeytanlar" Joze Mourinyo ilə vidalaşacaqları təqdirdə, Zidana müraciət edəcəklər.
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"də 2016 - 2018-ci illərdə çalışıb. 46 yaşlı baş məşqçinin rəhbərliyi altında "kral klubu" digər titullarla yanaşı, 3 dəfə Çempionlar Liqasını qazanıb.