Zidan ilk arzusunu gerçəkləşdirdi: 50 milyonluq transfer

Baxış sayı:
7873

Yenidən “Real Madrid”ə qayıdan Zinəddin Zidan ilk transferini gerçəkləşidirib.
Madrid klubu 21 yaşlı Eder Militaonu “Porto”dan almaq üçün razılığa gəlib.
Futbolçu ilə 6 illik müqavilə imzalanıb. O, yay transfer pəncərəsində “kral klubu”na qatılacaq.
Futbola “Sao Paulo”da başlayan ve mövsümün əvvəlində 7 milyon avro qarşılığında “Porto”ya keçən Militao üçün “Real” 50 milyon avrosundan keçib.
Eder Militao bu mövsüm “Porto” ilə 34 matça çıxıb, 3 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.
Qeyd edək ki, Zidan “Real”a qayıtmaq üçün 350 milyon avroluq transfer büdcəsi tələb etmişdi./Publika