​Zidan: "Beyllə heç bir problemim yoxdur"

Baxış sayı:
2011

"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyli start heyətdə meydana buraxmadığı üçün ona yönələn tənqidlərə cavab verib.
Muxalifət.az xəbər verir ki, fransız mütəxəssis uelsli yarımmüdafiəçi ilə aralarında heç bir problemin olmadığını bildirib. Zidan heyətlə bağlı seçimini komandada ulduz futbolçuların çox olması ilə əlaqələndirib:
"Beyllə heç bir problemim yoxdur. Özü ilə söhbət etmişəm, o da vəziyyəti gözəl başa düşür. "Real"da vacib futbolçular çoxdur. Beyl də onlardan biridir. Mətbuat həmişə bir futbolçuya diqqət yetirir. Amma digərlərini də unutmaq lazım deyil. Hər 3 gündən bir heyəti müəyyənləşdirməli oluram. Beyl vacib futbolçudur. Lakin digərləri də var"./qol.az/