ZƏHƏRLƏNƏN TƏLƏBƏNİN ƏMİSİ: "Həkimlər başdansovdu yardım ediblər" - VİDEO

Baxış sayı:
8173

Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı zəhərlənən qızlardan Dilrubə Quliyevanın əmisi İlqar Quliyev gecə çağırılmış təcili tibbi yardım əməkdaşlarını səhlənkarlıqda təqsirləndirib. Muxalifet.az "AzadlıqRadiosu"na istinadən xəbər verir ki, hadisə ilə bağlı jurnalistlərə açıqlama verən İ. Quliyev bildirib ki, qızlar imtina etsə belə, təcili tibbi yardım əməkdaşları onları bu vəziyyətdə qoyub getməməli idi: “İlkin ehtimala görə qidadan zəhərləndikləri ehtimal olunur. Bir əmi, bir valideyin kimi bizi narahat edən budur ki, təcili yardım çağırılıb ancaq, onlar qətiyyət göstərməyiblər. Onlar başdansovdu yardım ediblər və xəstələri vaxtında xəstəxanaya çatdırmayıblar. Tələbələr bundan imtina etsələr belə, həkim vəziyyətin nə yerdə olduğunu bilməli idi. İlkin tibbi yardımdan sonra onlar xəstəxanaya çatdırılmalı idi”. İ. Quliyev zəhərlənən qızların vəziyyəti ilə bağlı isə belə məlumat verib: “Həmidə adlı tələbənin vəziyyəti nisbətən yaxşıdır. Amma mənim qardaşımın qızının vəziyyəti zəifdir (burada söhbət Dilrubə Quliyevadan gedir)”. Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dürrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.