Zəhərlənən Rus casusunun QIZI İLK DƏFƏ DANIŞDI

Baxış sayı:
7147

Atası Sergey Skripal ilə birlikdə İngiltərədə sinir qazı ilə zəhərlənən Yulia Skripal, "Ölkəmə geri dönməyi ümid edirəm" deyib.
 
İngiltərənin Salisbury şəhərində zəhərlənən Rus casusu Sergey Skripalin qızı Yulia Skripal, hücumdan sonra ilk dəfə mediaya danışıb. Təxminən 5 həftə müalicə gördükdən sonra evə buraxılan Yulia Skripal, “Reuters” xəbər agentliyinə açıqlama verib.
Skripal, "20 gün komada qaldıqdan sonra zəhərləndiyimiz xəbərləri ilə oyandım. Hər ikimizin də belə bir şəkildə təcavüzə məruz qaldığımızı qəbul etməkdə hələ də çətinlik çəkirəm. Bunu etmək üçün kimyəvi zəhər istifadə edildiyini eşitmək da şok edicidir. İkimiz də belə bir hücumdan sağ xilas olduğumuz üçün çox şanslıyıq" deyib.
 
LONDONDA GİZLİ GÖRÜŞÜB!
 
İngilis polisi tərəfindən qorunan və bu günə qədər mətbuat qarşısına çıxmayan Yulia Skripal, “Reuters” müxbiri ilə Londonda gizli bir məkanda görüşüb. Skripal, uzun perspektivdə ölkəsinə qayıtmaq istədiyini deyib:
“Problemləri bir-bir həll etmək istəyirəm. Əvvəl tamamilə yaxşılaşana qədər atama kömək etmək istəyirəm. Daha uzun perspektivdə evimə, ölkəmə dönmək istəyirəm. Rusiya səfirliyinin yardım təkliflərinə minnətdaram. Amma hələlik bu yardımları qəbul etmək istəmirəm".
Qeyd edək ki, Yulia və keçmiş Rus casusu atası Sergei Skripal 4 martda Böyük Britaniyanın Salisbury şəhərində küçədə bir bankda şüursuz şəkildə tapılmışdı. İngilis hökuməti Skripal və qızının zəhərləndiyini və hadisədən Rusiyanı məsul tutmuşdu.
Müxalifət.az