​"Zeytun budağı"ndan ZƏFƏR GÖRÜNTÜSÜ - Afrin qırıcıları heyrətlə izlədi

Baxış sayı:
5029

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 46-cı günündə uğurla davam edir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, hərəkat çərçivəsində 109-u dünən olmaqla, 2795 PKK/KCK/PYD-YPG ve İŞİD terrorçusu məhv edilib.
Toplam 114 kənd, 22-i dağ və təpə, 30-u strateji məntəqə olmaqla, 144 bölgənin nəzarəti birləşmiş qüvvələr tərəfindən ələ keçirilib.
Hərəkatın 45-ci günündə Afrinin şimal-qərbindəki Beluşanq və Alıcı kəndləri terrorçulardan təmizlənib. Raco və Şeyx Hədid mərkəzlərinin ardınca Afrinin mərkəzinə açılan qapı rolunu oynayan Cinderesdəki terrorçu hədəfləri bombardman edilib. Afrinin qərbində yerləşən terrorçulara aid mövqelər qurudan “Fırtına” tankları ilə atəş altına alınıb.

Azad Suriya Ordsunun Racoya daxil olan bilriyinin komandiri Məcid Əbu əl-Nur Ramadiyə və Cemilek kəndlərinin ələ keçirildiyini və bu bölgədəki PKK/YPG terrorçuları məngənəyə saldıqlarını bildirib.
TSQ və ASO Hatayın Hassa bölgəsi səmalarında Cinderesi havadan bombardman edən qırıcı təyyarələr zəfər əlaməti olaraq hilal çəkib. Möhtəşəm görüntülər ətrafdakılar tərəfindən maraqla izlənib.
Əlavə olaraq, Türkiyənin fərqli bölgələrindən göndərilən tank və zirehli avtomobillərdən ibarət 10 yük maşını konvoyu Kilisə çatıb.