““Zeytun Budağı” Hərəkatı Afrin ilə MƏHDUD DEYİL” – BAŞ NAZİR YILDIRIM

Baxış sayı:
2557

Türkiyənin baş naziri Yıldırım, Hərbi İnstitutların buraxılış mərasimində çıxış edib. Baş nazir Yıldırım, “Hərəkatı Afrinlə məhdud olaraq düşünmək doğru deyil terror haradadırsa, ora bizim hədəfimizdir” - deyib.
 
Baş nazir İldırımın çıxışından bəzi məqamlar:
“Afrində gözəl vətənimizin müdafiəsi üçün terrorla amansız mücadilə verən əsgərimizə buradan ehtiramlarımızı, salamlarımızı göndərirəm. Allah onların yar və yardımçısı olsun. 81 milyon vətən övladı duası ilə onların yanındadır, onların dəstəkçiləridir. Bu yolda şəhadət şərbətini içən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilirimizə səhhət və sağlamlıq diləyirəm".
“Zabit təhsili görmüş, ölkəmizin təhlükəsizliyini, mənfəətini təslim etdiyimiz zabitlərin 72 faizi bu təşkilatın (FETÖ) tələsinə düşmüş və bu təşkilatın aksiyalarının parçası halına gəlmişdir. Məhz bu dəhşətli vəziyyəti nəzərə alaraq lazım olan addımları tez atdıq, lazımi qərarları aldıq".
Müxalifət.az