​"Zeytun Budağı" 50-ci gün - Terrorçuların kabusu olan SİLAH İŞƏ BAŞLADI

Baxış sayı:
2092

Türkiyə ordusu “Zeytun budağı” əməliyyatının 50-ci gününü yaşayır. Hərəkat çərçivəsində Afrinin mərkəzi sərhədləri tamamilə nəzarətə alınıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Afrin hərəkatında sabit terror hədəflərini vurmaq üçün istifadə edilən və qarşı tərəfin yüzlərlə mərkəzlərini məhv edən ən son texnologiyalarla təchiz edilmiş "Atom35" Aselsan müdafiə sursatı müasir formada yenilənib. Artıq onun köməyilə hərəkətdə olan terror hədəflərini rahatlıqla məhv etmək mümkün olacaq.
Afrində "Zeytun Budağı" Hərəkatının 50-ci günündə sabit və hərəkətdə olan hədəfləri vurmaq üçün içərisində 35 millimetr diametrində olan "Atom 35" sursatından istifadə edilir. Mərmilərin çıxış sürəti 4 kilometr aralıda olan hədəfi məhv etmək gücünə malikdir.
Verilən məlumata görə, bu sursat dinamikalı tərzi maşınların arxasına ağır texnikadan tüfəng və qısa mənzilli top yerləşdirərək hərəkət etməyə çalışan terrorçular üçün də istifadə ediləcək. Eyni zamanda terror təşkilatlarının havadan pilotsuz idarə olunan texnika ilə zərbələrinin qarşısı alınacaq.