Zeynal Nağdəliyevin daha bir əməkdaşı işdən çıxarıldı

Baxış sayı:
2446

Prezident Administrasiyasının Ərazi və Təşkilati İşlər İdarəsinin daha bir əməkdaşı işdən çıxarılıb.

Virtualaz.org-un məlumatına görə, sektor müdiri Rüfət Əliyev vəzifəsini itirib. O, sabiq inşaat və sənaye naziri Ənvər Əliyevin oğludur.

Qeyd edək ki, həmin məmurun işlədiyi şöbəyə Zeynal Nağdəliyev rəhbərlik edir. Bu şöbə yerli icra hakimiyyətlərinin fəaliyyətinə nəzarət edir.

Xatırladaq ki, bundan əvvəl şöbənin daha beş əməkdaşı işdən çıxarılmışdı.