Zeynal Nağdəliyev icra hakimiyyətlərinə necə nəzarət edir?

Baxış sayı:
4666

İcra başçılarının “həbslər serialı” davam etdikcə ölkə vətəndaşında yeni -yeni suallar doğurur.
Bəs bağlantılı qurumlar hara baxırmış? Axı, elə Prezident Administrasiyasının özünün hər rayon üzrə ayrıca kuratoru, hər rayonun “yuxarılara” bilgi ötürən açıq-gizli dövlət agentlkləri və agentləri var !
Bəs Prezident köməkçisi, ərazi-təşkilati məsələlər üzrə şöbə müdiri Zeynal Nağdəliyev hara baxır? Bəs vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Süleyman İsmayılov niyə Prezidentin diqqətinə rayonlardan gələn neqativ halları çatdarmayıb, əksinə, gözə kül üfürməklə məşğuldur? Bəs dövlət nəzarəti şöbəsinin işi nədən ibarət olub?
Kərəm Həsənov prezidentin köməkçisi kimi nəyə nəzarət edir? Bəs, bəs , bəs! ... Bəsdir, Prezidentin bir addımlığında prezidentin sosial-iqtisadi siyasətini sabotaj etmək! Bəs deyilmi? Prezidentin köməkçilərini də DTX sorğu -sual etməlidir?
Yeri gəlmişkən, büdcədən maliyyələşən mətbuat orqanlarının işinin də yarıtmazlıqdan daha çox, icra hakimiyyəti başçılarının rüşvəti ilə onları mədh etmələri ilə məşğul olmaları da diqqətdən kənarda qala bilməz. “Rəsmi” mətbuatın bu günlərdə həbs olunan icra başçılarını dünənlərdə necə mədh etmələrini elə dünənki qəzet səhifələrindən öyrənmək nə çətindir ki? Bu da Prezidentin keçmiş köməkçisi Əli Həsənovun və digərlərinin Vəzirova müraciəti deyil ki, göstərişlə arxivlərdən itirilsin?
Bir sözlə, “həbs islahatları” PA-dan tutmuş, məhkəmə-hüquq sistemini, hətta toxunulmaz deputatları da əhatə etməlidir. Axı, əhalinin torpağını icra hakimiyyəti və deputatlar (da!) məhkəmə qərarları və qərarsızlığı ilə ələ keçirib. İslahatlar belə davam etsə, şəhər-rayon deputatlarının icra və məhkəmə orqanları ilə mütəşəkkil dəstə şəklində əhaliyə qənim kəsilməsi üzə çıxacaq.
Məğrur BƏDƏLSOY