Zerrin Özərin dünən evləndiyi şəxs fırıldaqçı çıxdı

Baxış sayı:
541

Ötən gün türkiyəli müğənni Zerrin Özər 34 yaşlı Murat Akınca ilə evlənib.
Lakin 61 yaşlı sənətçi ilə ailə quran Muratın fırıldaqçı olduğu ortaya çıxıb.

Belə ki, Akıncının köhnə sevgilisi “İkinci sayfa” proqramının canlı yayımına qoşulub. Səma adlı şəxs Murat haqda bunları deyib:

“Bu adam mə nimlə tanış olanda adını Mahmud Atalay olduğunu demişdi. Qardaşı Amerikada oxuyurdu, onun sənədlərini həll etdik. Bu vəsilə ilə tanış olduq. Məndən min lirə borc aldı, axşam verəcəyini dedi və geri qaytardı. Sonra bir gün qardaşına pul lazım olduğunu dedi. Aramızda o qədər çox pul transferi oldu ki... Anası da hər fürsətdə “Çox köməklik etdin, Allah razı olsun” edeyirdi. Özlərini çox varlı göstərirdilər. Onunla evliliklə bağlı düşüncələrimiz olmadı. Murat barəsində danışa bilməyəcəyim dərəcədə böyük səhvləri var. Onu məni hədələməyə başlayandan sonra tanıdım. Türkiyənin tanınmış mafiya başçılarının yanında olduğuna görə məni hədələri ilə bezdirməyə başladı. Bir ilə ərzində məndən 400 min lirə pul aldı. Bir övladım var, onu ölümlə hədələyib. Məktəbinə qədər hər şeyi araşdırıb. Bütün mesajları məhkəmədə var. Sənədlərinə bacanda adı da Murat Akıncı çıxır, anasını da məhkəməyə vermişəm. Çünki hesablar onun adınadır. Zerrin xanımla fotolarını görəndən sonra çox sevindim. Göydə axtarırdım, onu yerdə tapdım. Üç ildir arxasınca düşmüşəm. Danışdıqlarım Zerrin xanımın eşitdiklərinin onda biridir. Mülkünü qapdırmasın. Əlimdə o qədər sənədlər var ki...”
Qeyd edək ki, verilişin aparıcısı Murat haqda daha üç nəfərin fırıldaqçılıq etməsi ilə bağlı müraciət etdiyini deyib. Hər üç şəxs eyni şəkildə aldadılıb./Axşam