“Zenit” azarkeşlərindən qalmaqal plakat!

Baxış sayı:
10150

 UEFA Avropa Liqasının son 32-ci turunun revanş matçında Fənərbaxça debütdə Rusiyanın “Zenit” komandasına qonaq olub. “Zenit” azarkeşləri Fənərbaxça matçı ərəfəsində qalmaqal bir plakat hazırlayıb.
 
Rus azarkeşlərin hazırladığı plakatın üst tərəfində ikibaşlı başlı, başında tac olan qartal, altında isə başında Osmanlı fəsi olan sarı bülbül nümayiş etdirilib.
Fənərbaxçalı azarkeşlər bu görüntünü sosial mediada tənqid yağışına tutub.
 
 Şərqə gedirik
 
 Zenit azarkeşləri plakatın altına rusca “Şərqə gedirik" sözlərini qeyd edərək 2019 UEFA Avropa Liqası Finalının oynanacağı Bakıya istinad ediblər.
Müxalifət.az