Zelenskinin Türkiyədə xərclədiyi məbləğ ÇOX DANIŞILIR...

Baxış sayı:
586

Ukraynanın yeni prezidenti Vladimir Zelenski Türkiyədə həftəsonu istirahəti üçün xərclədiyi məbləğ gündəm olub.
Bu barədə “RİA Novosti” informasiya əldə edib.
Zelenskinin Bodrum şəhərində qaldığı otelin əməkdaşlarının agentliyə verdiyi informasiyaya əsasən, yeni prezident 2 günə 30 min dollar xərcləyib.
Qeyd edək ki, Vladimir Zelenski ötən həftənin cümə günü Türkiyəyə istirahətə getmişdi. O, qızlarını əyləncə festivalına aparmaq məqsədilə səfər etdiyini sosial media hesabında açıqlamışdı. Yeni prezidentin seçkilərdən dərhal sonra xarici ölkəyə səfəri birmənalı qarşılanmamışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı üçün xüsusi mühafizə dəstəsi ayırmışdı./Publika