​Zelenskinin inauqurasiya mərasimi bu ay olacaq

Baxış sayı:
6100

Yeni prezident seçilmiş Vladimir Zelenskinin inauqurasiya mərasiminin mayın 19-da keçirilməsinə dair Ukrayna Ali Radasına layihə daxil olub.
Bu barədə Ali Radanın rəsmi saytı məlumat yayıb. Layihə qeydə alınıb, ona ilkin olaraq müvafiq komitədə baxılacaq, sonra Ali Radada səsverməyə çıxarılacaq.
Əgər Zelenskinin inauqurasiya mərasimi mayın 28-dən tez keçsə, onun parlamenti buraxaraq növbədənkənar seçkilər elan edəcəyi gözlənilir.