Zelenskinin "B" planı üzə çıxdı - Dekabrın 9-da işə düşəcək

Baxış sayı:
17071

Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi rəsmi Kiyevin Donbasla bağlı "B" planı barədə danışıb.
Andrey Yermak bildirib ki, "B" planı "Normand formatı" çərçivəsində Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin görüşündə irəliləyiş əldə edilməyəcəyi halda işə düşəcək:
"Prezident Parisə açıq mövqe ilə gedir. Ukrayna müharibənin dayanması və diplomatik danışıqlar üçün hər şeyə hazırdır. Lakin bizim "B" planımız da ehtiyatdadır. Plan Donbas divarının izolyasiyasını nəzərdə tutur".
Qeyd edək ki, "Normand sammiti" 9 dekabrda Parisdə keçiriləcək.//Publika