Zelenskidən Rusiyaya mesaj: Biz hazırıq

Baxış sayı:
1990

Ukraynanın dövlət başçısı seçildikdən sonra ilk rəsmi xaric ziyarətini Brüsselə edən Vladimir Zelenski ölkəsinin Rusiya ilə müzakirələrə hazır olduğunu ifadə edib. Zelenski Ukraynanın AB və NATO-ya tam üzvlük hədəfinin dəyişmədiyini ifadə edərək ölkəsini "Avropa və NATO-ya inteqrasiya yolunu tutduğunu" ifadə edib. Rusiya ilə yaşanan gərginliklə bağlı Zelenski "Rusiyayla müzakirələrə başlamağa hazırıq. Minsk Razılaşmasını tətbiq etməyə hazırıq. Bununla birlikdə, özümüzü müdafiə edə bilməmiz və iqtisadi, siyasi və hərbi sahədə güclənməmiz lazımdır" deyə bildirib. Müxalifət.az