​Zelenskidən Putinə: Minskdə görüşək, bu barədə danışaq

Baxış sayı:
2860

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Belarusun paytaxtı Minskdə görüşməyi təklif edib.
Muxalifet.az xəbər verir ki, bu barədə danışan Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun onları məmnuniyyətlə qəbul edəcəyini söyləyib.
Zelenski görüşdə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, İngiltərə Baş naziri Tereza Mey və Almaniya kansleri Angela Merkelin də iştirakının vacib olduğunu qeyd edib: "Danışmağımız lazımdırmı? - Lazımdır. Gəlin, Krımın kimə aid olduğu, Donbasda kimin olmadığı barədə danışaq".