Zelenskidən andiçmə ilə bağlı təklif

Baxış sayı:
2296

Ukraynanın yeni Prezidenti Vladimir Zelenski inauqurasiya mərasiminin mayın 19-da keçirilməsi təklifi ilə çıxış edib.

Vladimir Zelenski özünün Feysbuk səhifəsində bu barədə parlament fraksiyasının rəhbərinə bildirdiyini və parlamentin sədri Andrey Parubiyə məktub yazdığını da vurğulayıb.

"Ümid edirəm ki, deputatlar parlamentin mayın 19-da keçiriləcək iclasında bu təklifi dəstəkləyəcəklər. Çünki işləməliyik. Bu sıraya parlamentlə işləmək də daxildir”.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, Rada mayın 27-nə qədər yeni prezidentinin andiçmə mərasimini təyin etməsə, yeni prezident Radanı buraxa və növbədənkənar parlament seçkiləri təyin edə bilməz./teleqraf