Zelenski xəstəxanaya yerləşdirildi - PREZİDENTİN SƏHHƏTİ İLƏ BAĞLI AÇIQLAMA

Baxış sayı:
1117

Koronavirusa yoluxmuş Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.
"Ukrinform"un verdiyi xəbərə görə, bu barədə prezidentin ofisi məlumat yayıb.
“O əvvəlcə evdə özünü təcrid etmişdi, lakin indi Feofaniya xəstəxanasına yerləşdirilib. Prezident heç kimi yoluxdurmamaq və daha yaxşı təcdir olunmaq üçün bu qərarı verib. Xəstəxanada xəstələr üçün yaxşı şərait var və Prezidentin səhhətində problem yoxdur”, - deyə Prezidentin sözçüsü deyib.
Xatırladaq ki, Prezident V. Zelenski noyabrın 9-da “Twitter” hesabından bildirib ki, onun koronavirus analizinin nəticəsi pozitiv çıxıb. Ukraynanın Maliyyə və Müdafiə nazirləri, o cümlədən V. Zelenskinin baş müşaviri də koronavirus infeksiyasına yoluxub.