Zelenski prezident postunda ən çətin anından danışdı

Baxış sayı:
4251

Ukrayna Prezidenti Vladimir Zelenski dövlət başçısı postunda qarşılaşdığı ən çətin məqamından söhbət açıb. Bu barədə o, 1+1 telekanalının efirində bildirib. "Ən çətin məqam, bəlkə də, dörd nəfərin həlak olması idi. Bundan sonra mən Rusiya Prezidenti ilə (Vladimir Putin-red.) danışdım", — deyə Ukrayna lideri qeyd edib. Oxu.az xatırladır ki, müddətsiz atəşkəs elan olunduqdan sonra avqustun 7-də Donbasda dörd ukraynalı hərbçi həlak olmuşdu. Bundan sonra Rusiya və Ukrayna liderləri arasında ikinci dəfə telefon danışığı reallaşmışdı. Zelenskinin sözlərinə görə, o, həmkarına "o biri tərəfə təsir etmək" xahişi ilə müraciət edib ki, onlar "insanların öldürülməsi"ni dayandırsınlar və yenidən ukraynalı məhbusların geri qaytarılması mövzusuna toxunub.