Zelenski Poroşenko ilə debata gəlməyib

Baxış sayı:
11362

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski Kiyevin mərkəzi “Olimpiya” stadionuna Petro Poroşenko ilə debata getməyib.
AZƏRTAC xəbər verir ki, P.Poroşenko öncədən elan etdiyi kimi debat üçün stadiona gəlib. O, V.Zelenskiyə bir saata qədər stadionda gözlədiyini bəyan edib.
Zelenski iştirakdan imtina etdiyi üçün P.Poroşenko stadionda təkbaşına seçki paltformasını açıqlayıb. O, Zelenskini sabah da debata dəvət edib. Bildirib ki, aprelin 15-də ICTV telekanalında debatda gözləyir.
Qeyd edək ki, V.Zelenski stadionda debatın aprelin 19-da keçirilməsini təklif edib.