Zelenski özündən çıxdı: Heç bir səlahiyyətim yoxdur

Baxış sayı:
10348

Ukraynada II tur prezident seçkilərindən qalib çıxan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elanını gecikdirməkdə ittiham edib.
Muxalifet.az xəbər verir ki, Zelenski bununla bağlı Feysbuk səhifəsində video-paylaşım edib.
“Çox gülməli hadisələr baş verir. Qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir”, - deyə Zelenski bildirib.
Zelenski hesab edir ki, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir.
Qeyd edək ki, qanunvericiliyə görə, MSK seçkilərin rəsmi nəticələrini mayın 1-dək elan edə bilər.