Zelenski koronavirusa görə xalqa müraciət etdi - VİDEO

Baxış sayı:
1739

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusun yayılması ilə bağlı ölkə vətəndaşlarına video-müraciət ünvanlayıb.

 Video-müraciət dövlət başçısı ofisinin Telegram kanalında yayımlanıb.

V.Zelenski xatırladıb ki, martın 16-dan etibarən əcnəbilər Ukraynaya gələ bilməyəcəklər, istisnalar isə yalnız ölkə ərazisində daimi və ya müvəqqəti yaşayış hüququ olan insanlar üçün ediləcək.

Üç sutka sonra Ukrayna digər ölkələrlə müntəzəm aviareysləri bağlamağa hazırlaşır. Əgər kimsə o vaxta qədər qayıda bilməsə, Ukraynanın konsulluqlarına müraciət edərək qeyri-müntəzəm reyslərlə evinə dönə bilər.

Bundan əlavə, koronavirusun yayıldığı ölkələrdən qayıdanlar müayinə olunacaqlar.

“Biz sizinlə çox şey yaşadıq. Bizi sizinlə quş, donuz və ispan qripi məğlub edə bilmədi. Biz güclüyük və bizdə hər şey yaxşı olacaq. Sizə 36,6 arzu edirəm”, - deyə Ukrayna Prezidenti vurğulayıb.