​Zaxarovadan İl-20 açıqlaması: Əminəm ki, İsrail...

Baxış sayı:
4849

Rusiya məxsus İl-20 təyyarəsinin Latakiya vilayəti yaxınlığında vurulması ilə bağlı İsraildən daha əhatəli məlumat istəyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“17 sentyabrda baş verən faciə ilə bağlı İsrail tərəfinin həm istintaq başlatması, həm də geniş açıqlama verməsi labüddür. Bunların yaxın zamanda həyata keçəcəyindən əminəm”, - sözçü bildirib.
Zaxarova əlavə edib ki, bu hadisə zamanı israilli pilotlar peşəkar davranış göstərməyib.