​Zaxarova: Onlar Suriyaya getdi, hesabat hazırlanacaq

Baxış sayı:
379

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT/OPCW) göndərdiyi heyət Suriyanın kimyəvi silah hücumundan istifadə etdiyi fikri irəli sürülən bölgədə araşdırma aparmaq üçün Dumaya yola düşüb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, heyətin obyektiv şəkildə araşdırma apararaq, hesabat hazırlayacağına ümid etdiyini bildirib.
Zaxarova Suriyanın təşkilata dəvət göndərməsindən 11 gün sonra getməsini və Dumada kimyəvi silahdan istifadə edilməsi haqqında yayılan iddiaların təsdiq olunmadğı müddətdə Qərb ölkələrinin Suriyaya qarşı siyasətini də tənqid edib.