​Zaxarova İngiltərə XİN-i batan gəmiyə bənzətdi

Baxış sayı:
7804

Boris Conson Tereza Mey idarəçiliyində olan batan gəmini (Böyük Britaniyanın Xarici İşlər Nazirliyi nəzərdə tutulur) vaxtında tərk edib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Qeyd edək ki, Skripal olayı ilə bağlı şübhəli şəxslər olaraq müəyyən edilən Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirov sputnik və RT-nin rəhbəri Marqarita Simonyana eksklüziv müsahibə vermişdilər.
İngiltərə XİN isə həmin müsahibəni saxta adlandırmışdı.