Zaxarova Britaniya barədə: “İraqı qaydaya saldılar, indi də Suriyaya kömək edəcəklər”

Baxış sayı:
2890

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Tereza Meyin Britaniya sualtı qayıqlarının Suriyaya raket zərbəsi məsafəsinə qədər yaxınlaşması barədə verdiyi əmrlə bağlı KİV-lərdə dərc olunmuş məlumatı şərh edib.
Virtualaz.org xəbər verir ki, Zaxarova özünün “Facebook” səhifəsində bununla bağlı yazıb: “Necə deyərlər, İraqı qaydaya salıblar, indi də Suriyaya kömək edəcəklər. Axı bu sualtı qayıqdakılar gənc insanlardır və onlar hələ bilmirlər ki, Suriya üçün hansı taleyi hazırlayırlar və Tereza Mey onlara hansı taleyi hazırlayıb. O, sonradan üzr də istəyə bilər. Onlar isə bununla yaşamalıdırlar”.
Qərb mətbuatının bildirdiyinə görə, Suriyaya raket zərbəsi bu gün endirilə bilər.