​Zaxarova: Bakıda Xəzərlə bağlı növbəti iclas keçiriləcək

Baxış sayı:
2923

Bu ilin sonunadək Azərbaycanda Xəzərin Su və Bioloji Ehtiyatlarının Mühafizəsi və Səmərəli İstifadəsinə dair Hökumətlərarası Komissiyanın ikinci iclasının keçirilməsi gözlənilir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, son vaxtlar elmi dairələrdə Xəzər məsələlərinə maraq xeyli artıb.
Rusiya XİN-in nümayəndəsi deyib ki, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin monitorinqi üçün yaradılan xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun iclasına hazırlıq görülür: "Bu formatda ilk görüşün yaxın zamanlarda Bakıda keçirilməsi planlaşdırılır”.