​Zaxarçenkonun ölümü ilə bağlı xəbərdarlıq: diqqətli olun!

Baxış sayı:
1942

Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun ölümündə əli olan şəxslər hələ də bu torpaqlardadır.
Muxalifet.az xəbər verir ki, bunu Donetsk separatçıların “təhlükəsizlik nazirliyinin” sözçüsü Mixail Popov deyib. O, vətəndaşları diqqətli olmağa çağırıb:
“DXR lideri Aleksandr Zaxarçenkonun öldürülməsi ilə əlaqəli təxribatçılar hələ də torpaqlarımızdadır. Həm şəxsi təhlükəsizlik tədbirlərinin görülməsi, həm də cinayətkarların tapılmasına yardım edilməsi baxımından DXR vətəndaşları maksimum dərəcədə ehtiyyatlı olmalıdırlar”.
Qeyd edək ki, Donetsk separatçılarının rəhbəri Aleksandr Zaxarçenko ötən gün “Separ” kafesindən törədilən partlayış nəticəsində öldürülüb.