Zaxarçenkonu öldürənlərin kimliyi bəlli oldu

Baxış sayı:
6985

Qondarma Donetsk Xalq Respublikasının ilk lideri Aleksey Zaxaçenkoya sui-qəsd edən icraçıların, təşkilatçıların, sifarişçilərin kimliyi bəlli olub. Muxalifet.az xəbər verir ki, bu sözləri DXR-nin hazırki rəhbəri Deniş Puşilin deyib. “Sui-qəsdin planlaşdırılması, partlayıcı qurğunun gətirlmə trayektoriyası müəyyən edilib. Həmçinin cinayətkarların necə təlimat aldığını da bilirik. Sui-qəsddə Ukraynanın yüksək vəzifəli şəxslərinin əli var. Eyni zamanda Kiyev rejiminə dəstək verən xarici ölkə vətəndaşlarının da rolu var. Bu cinayətlə bağlı sənədlər xüsusi nəzarətdədir. Bütün cinayətkarlar lazımi cəzanı almalıdır”. Xatırladaq ki, A.Zaxarçenko ötən ilin avqustun 31-də kafeyə qoyulan partlayıcı qurğunun işə düşməsi nəticəsində öldürülmüşdü.