​Zaxarçenko: Ukraynanı məhv edəcək silahlar hazırladıq

“Donetsk Xalq Respublikası” düşməni qısa müddətdə məhv edə biləcək silahların inkişafını başa çatdırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko danışıb.
“Münaqişə zamanı Donetsk müdafiə sənayesi düşməni yüksək sürət və keyfiyyətlə məhv etməyə qadir olan yeni silahlar hazırladı və istehsal etdi. Ukrayna ordusunun hücumu başlamadan bitəcək”, - Zaxarçenko bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Ukraynanın Müdafiə naziri Stepan Poltorak Donetsk və Luqanskı güc yolu ilə qaytarmağı düşünmədiklərini bildirmişdi.