​Zaurun məşhurlaşdırdığı dələduz HƏKİMLƏ BAĞLI - Yeni fakt

Baxış sayı:
7033

ATV telekanalında yayımlanan “BizimləSən” verilişi vasitəsilə məşhurlaşan dələduz ginekoloq Natiq Məhərrəmov haqqında maraqlı fakt üzə çıxıb.
N.Məhərrəmovun bir müddət əvvəl “Leyla Şıxlinskaya” klinikasında çalışdığı məlum olub. Belə ki, onun İnstaqram səhifəsində paylaşdığı fotolarda sözügedən klinikanın loqosu yer alıb. Bundan başqa, Natiq Məhərrəmov iş başında ikən çəkilən fotolarında da məkan kimi klinikanı qeyd edib.
 “Leyla Şıxlinskaya” klinikasında dələduzluq, vergidən yayınma və s. Faktlarla bağlı Ağır Cinayətlər Məhkəməsində proses davam edir.
Xatırladaq ki, Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilib və qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
Minval.info-nun əldə etdiyi məlumata görə, saxta, qanunsuz, lazımsız və bahalı dərmanların xəstə insanlara satılmasına kömək edib, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında ATV-nin məşhurlaşdırdığı ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir. O da saxta dərmanları xəstələrinə aldıraraq həm sağlamlıqları ilə oynayıb, həm də onları borca salıb. Əldə etdiyi bu gəlirlərlə də verilişə sponsor olub./axar/