​"Zaur, sənə deyən var arvadın kimdir?" – Günel Ələkbərova QƏZƏBLƏNDİ - FOTO/VİDEO

Baxış sayı:
13111

“Xəzər Tv”-də yayımlanan “5/5” verililişdə aparıcı Zaur Kamalın rəqqasə Oksana Rəsulovadan yeni dünyaya gələn övladının atasının kim olmasını soruşması müğənni Günel Ələkbərovanı özündən çıxarıb.
Yenicag.az xəbər verir ki, vaxtı ilə Zaurun verilişində eyni sualla qarşı-qarşıya qalan Ələkbərova aparıcının ünvanına sərt sözlər deyib:
“Adama deyərlər sənə nə? Hansı amil məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursan? Səndən soruşan var arvadın kimdir? Kimlərdəndir? Bəsdi də başını camaatın şəxsi həyatına həyasızcasına soxdun. Oksana yeni ana olub. Sən nə əl qatmısan özünə? Əsas doğmaları, əzizləri, yaxınları bilir. SƏn get reytinqini başqa şeylə tut. Camaatın şəxsi həyatına soxulma. Yoxsa mənim uşağımın atası kimi o da gəlib canlı efirdə səni tutub… Nəysə… Gərək elə o vaxt mənə də “uşağının atası kimdir” sualını verəndə canlı efirdə mikrafonu təpənə çırpardım ki, başqa xanım sənətçiyə bu sualla müraciət etməyəsən. Orda olan qonaqlara və bizə baxan tamaşaçılara xatir sakit dayandım”.