Zaur da bu məşhur müğənniyə EFİR QADAĞASI QOYDU - FOTO

Baxış sayı:
559

Tarix Əliyevin (Tolik) ardınca Zaur Kamal da əməkdar artist Yusif Mustafayevə efir qadağası qoyub.
Milli.Az xəbər verir ki, son zamanlar bütün verilişlərə dostu əməkdar artist Baloğlan Əşrəfovla dəvət edilən Yusif Mustafayev "5/5"in bu dəfəki qonaqları sırasında yer almayıb. Belə ki, telekanalın son verilişlərinə həmkarı Y.Mustafayevlə birgə təşrif buyuran Baloğlan Əşrəfov bu dəfə efirə tək çağırılıb. 

Y.Mustafayev və B.Əşrəfovun "5/5"də son qonaq olduqları verilişdən
Xatırladaq ki, Zaur Kamal "5/5" verilişində əməkdar artist Y.Mustafayevin villasının görüntülərini yayımlamışdı. İfaçı ARB-də efirə gedən "Səhər-səhər" proqramında Zauru bu addımına görə "Evimi çəkib verənə lənət olsun. Söz tapmırlar danışmağa. Deyirlər, get onu məhkəməyə ver ki, icazəsiz evini çəkib. Etmirəm, lazım deyil. Mənim villamdan danışana o gün biri yaxşı cavab verdi. Qayıtdı ki, sən 35 mini götürüb, istirahətə gedirsən. Mən xaricə getmirəm, 35 min xərcləmirəm. Bakıda dincəlirəm. Evimi çəkdirən oğlan, özünü yığışdır, sənə ayıb olsun. Get atanın evini çək. İçəri girə bilməyiblər, qələt edirlər. Gəlib, uzaqdan çəkiblər" sözləri ilə tənqid atəşinə tutub. Bu olaydan sonra Tarix Əliyev verilişində "Bu gün mənim haqqım var ki, həmkarıma görə Yusif Mustafayevi daha efirimə çağırmayım. Bizdə qadağa deyilən şey yoxdur. Amma mən Zauru heç kimin ayağına vermərəm" açıqlamasını verib.