Zatulindən SƏRSƏM BƏYANAT: "Azərbaycan Qarabağı tanımalı, Laçın və Kəlbəcəri də verməlidir" / VİDEO

Baxış sayı:
10600

"Azadlıq" radiosunun erməni xidməti yazır ki, noyabrın 18-də Rusiya 1-ci kanalının "Pozner" müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Qarabağ münaqişəsini də müzakirə ediblər. Pozner həmsöhbətinə xatırladıb ki, bu yaxınlarda Dağlıq Qarabağa səfərinə görə Zatulini Azərbaycanda kəskin tənqid ediblər. 
Muxalifet.az 
bu barədə "Azadlıq" radiosuna istinadla xəbər verir.
Bunun ardınca Pozner Zatulindən onun bu münaqişənin həllinə dair fikrini soruşub. 
Rusiya millət vəkili deib ki, onun Dağlıq Qarabağ münaqişəsinə münasibəti "çoxdan formalaşıb". Zatulin bu münaqişənin çözülə biləcəyinə dərindən əmin olduğunu bildirib:
"Bu həllin əsasında kompromis var, Dağlıq Qarabağ Respublikası (qondarma - muxalifet.az) heç kim tərəfindən tanınmayıb, amma o mövcuddur və yaşayır. Sizə deyim ki, o heç vaxt və heç bir vəchlə, lap qoy formal olaraq Azərbaycanın tərkibinə qayıtmağa razılaşmayacaq".

7 rayondan yalnız 5-i   

Zatulinin sözlərinə görə, "hətta Sovet İttifaqı dağılanda da Azərbaycan Respublikasının Azərbaycan SSR-in keçmiş sərhədləri daxilində tanınmasında "ifrata varılmışdı".
"Çünki həmin vaxt, 1991-ci ildə üç il idi ki, münaqişə gedirdi və Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə tam nəzarət etmirdi", - deyən Rusiya Dumasının rəsmisi deyib:
"Buna görə də nə kompromis ola bilər ki? Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə hüququnu və onun Azərbaycandan müstəqil olmaq istəyini tanımaq lazımdır".
Zatulin məsələnin texniki tərəfini də izah edib. Onun sözlərinə görə, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikasının" müstəqilliyini tanımalı, əvəzində isə Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 7 rayondan, Kəlbəcər və Laçın rayonları istisna olmaqla, 5-ni qaytarmalıdır. 
Bundan başqa Zatulin həmin verilişdə Azərbaycanın 2016-cı ildə baş vermiş aprel hücumunu pisləyib və Bakının "davakar bəyanatlarını" tənqid edib.

Zatulin söhbəti yeni deyil

Burada qeyd edilməlidir ki, bir müddət əvvəl, daha dəqiqi, otən martda Azrbaycan XİN Moskvada Rusiya və Ermənistan arasında təşkil edilən "Lazarev klubu"nun ikinci iclasında iştirakçılarla bağlı narazılığını bildirmişdi. Bu barədə Azəbaycan XİN-in martın 7-də yaydığı məlumatda qeyd edilirdi. Məlumatda kütləvi informasiya vasitələrinə istinadla bildirilirdi ki, həmin tədbirdə Rusiya Federasiyası prezidentinin müşaviri Sergey Qlazyev və Konstantin Zatulin də iştirak ediblər. 

Poznerin ürəyi

Bu da qeyd olunmalıdır ki, Poznerin son vaxtlar Qrabağa dair bir sıra bəyanatları Azərbaycanda hiddət doğurub. Bu ilin əvvəlində Ermənistana səfər edən jurnalist orada verdiyi müsahibədə Dağlıq Qarabağa getməyə imkan tapmadığından təəssüfləndiyini bildirmişdi. 
Ermənistan ictimai telekanalına müsahibəsində Pozner Ermənistan və ermənilərə rəğbət bəslədiyini bildirmişdi. Pozner bunu da demişdi ki, Bakının "qara siyahısına"dşə biləcəyi onun qətiyyən vecinə deyil:
"Tutaq ki, məni qara siyahıya saldılar, bundan nə olsun? Düşünürəm ki, ondan sonra da gecələr rahat yata bilməkdə davam edəcəyəm".

Muxalifet.az