Zaqatalada VAZ-2106 ağaca GİRİB – 2 NƏFƏR ÖLÜB

Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 5-də saat 4.00 radələrində Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində rayon sakini Taleh Qaracayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü hadisə yerində, sərnişini Qismət Yunusov isə xəstəxanada ölüblər.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.