Zaqatalada meşə yanır

Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.
 
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
Yanğının yüksək dağlıq meşə sahəsində də baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdür. Yanğının söndürülməsi ancaq əl əməli vasitəsi ilə həyata keçirilir. Hazırda yanğın davam edir.