Zaqatalada ağır yol qəzası - BİR AİLƏDƏN 4 NƏFƏR YARALANDI

Baxış sayı: 93

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü yaralanıb.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAz" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil oğlu Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.