“Əzan susdurulmadan Türkiyəni işğal etmək mümkün deyil” - Ərdoğan

Azanları susdurmadan Türkiyəni işğal edə bilməyəcəklərini başa düşənlər məscidləri hədəfə alırlar.
 
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yıldız Hamidiyə məscidinin açılışında deyib.
“İslamın əsərləri qəsdən məhv edilir. Suriyada və İraqda olan hadisələri biz yaşamayacağıq. Heç kimin buna gücü çatmayacaq. Millətimizin mayası möhkəm, təməli sağlamdır”, - Ərdoğan bildirib.