​“ZAMİNBANK” ASC-NİN SƏDRİ HƏBS EDİLDİ - Nadir İsmayılov 24 milyon manat mənimsəyib...

Baxış sayı:
913

“Zaminbank”ın ASC-nin sədri Nadir İsmayılov həbs edilib. Məlumaat əsasən, Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.
Unikal.org-un əldə etdiyi məlumatda bildirilir ki, sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar,  bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüblər. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrə çalışırdılar.
Bildirilir ki, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya Qarşı Mübarizə əməldaşları bankın sahibini saxlayıb.
Qeyd edək ki, dünən Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.

Muxalifet.az