Bomba dolu yük maşını ələ keçirildi - NAZİRDƏN AÇIQLAMA

Baxış sayı:
10090

PKK, PYD və İŞİD-ın bir olduğunu bildirən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, keçən həftə Hatayda zaman əyarlı bomba yüklü yük maşının təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını bildirib.
Bu hadisə ilə bağı nazir Soylu bunları deyib: "Bizimkilər adamı sorğuya alıb. Adam İŞİD-çı çıxıb. “Sən bunu hara aparırsan” deyə soruşanda, bir şəhərə apardığını deyib. 100 nəfər İŞİD-çının sərbəst buraxılması qarşılığında PKK/PYD-dən aldığı bombanı gətirib, o şəhərdə partladacaqlarmış. PYD, PKK İŞİD-a terror göstərişi verib. Bunların hamısı birdir. Allaha şükürlər olsun ki, bu hadisənin də qarşısı alınmış oldu".

Müxalifət.az