​“Zaman Press”in redaktoruna HÖKM OXUNDU - Ağır Cinayətlər

Baxış sayı:
6520

Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Gündüz Hüseynov 3 il rəhbər və jurnalist fəaliyyətidən məhrum edilməklə 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror ona 9 il cəza istəmişdi.
İttihama görə, Gündüz Hüseynov öz işçilərinə dələduzluq edib. O, 200 min manatdan artıq pulu almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
 “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb./Teleqraf/