“ZAMAN KEÇƏCƏK VƏ MƏN DEYƏCƏM Kİ...” - Putin hakimiyyətin ötürülməsi və varis haqda danışdı

Baxış sayı:
2072

Rusiya prezidenti Vladimir Putin bu gün ölkə vətəndaşları ilə birbaşa ünsiyyət zamanı hakimiyyətin ötürülməsi və varis məsələsi haqda da danışıb. O qeyd edib ki, ölkə prezidentini Rusiya vətəndaşları seçir.

“Mənim məsuliyyətim ondan ibarətdir ki, prezident vəzifəsinə iddia edəcək adamlara tövsiyələr verim. Zaman keçəcək və ümid edirəm bunu deyə biləcəm ki, hansısa adam bizim möhtəşəm vətənimizə-Rusiya kimi gözəl ölkəyə rəhbərlik etməyə layiqdir”,-Putin deyib.

Dövlət başçısı vaxtilə hakimiyyəti ona Boris Yeltsinin ötürdüyü haqda fikirlərlə razılaşmadığını da bildirib. “Bu hakimiyyəti mənə Yeltsin ötürməyib. Prezidentin səlahiyyətlərini təhvil verməsi halında hökumətin sədri prezident səlahiyyətlərini müvəqqəti icra edir. Mən hökumətin sədri idim”,-Putin xatırladıb.