"Zaman gələcək ki, biz erməni terrorunun öz yuvasında, elə Qarabağda məhv edilməsini görəcəyik"

Baxış sayı:
2851

"Amerikadakı verilən son qərar da göstərdi ki, erməni konusunda ciddi və sistemli çalışmalara ehtiyac var"

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib ki, dünyada harda terror varsa, orda erməni izi və barmağı var. Maraqlıdır, niyə indiyədək rəsmi Ankara tərəfindən bu terror dövlətinə qarşı adekvat münasibət sərgilənməyib? Nə baş verməliydi ki, Türkiyə silkinib yuxudan ayılsın?
Ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, Türkiyədə erməni adlı bəlanın nə olduğunu bilməyən yoxdur, amma...:
"Türkiyədə az -çox siyasətlə məşğul olan adamlar yaxşı bilirlər ki, erməni kimdir və Türklüyə nə dərəcədə təhdiddir. PKK - nın mayasının da ermənilərdən yoğrulduğunu anlayırlar. Amma ermənilərlə bağlı verilən 1915-ci il Təhcir qanunundan sonra yeni bir risk almaq istəmirlər. Hamı sabaha ümid edir ki, bəlkə bu erməni düzələr. İrqçi düşüncəsindən vaz keçər. Amma sən geri çəkildikcə o sənin üstünə gəlir... Amerikadakı verilən son qərar da göstərdi ki, erməni konusunda ciddi və sistemli çalışmalara ehtiyac var. Onlardan biri onları köşəyə sıxışdırmaq ola bilər və bunu Türkiyə nə vaxtsa etmək məcburiyyətindədir. Türkiyə son illər terrorun üzərinə gedirsə, bu, şünhəsiz ermənilərdən yan keçməyəcək. Hələlik siyasi olaraq gedişlər edilir. Amma zaman gələcək ki, biz  erməni terrorunun öz yuvasında, elə Qarabağda məhv edilməsini görəcəyik".