Zakir Həsənovun bacanağı vəzifədən çıxarıldı

Baxış sayı:
1056

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis əvəzi polkovnik Elxan İbrahimov vəzifəsindən çıxarıldı. Ona bu vəzifə 6 ay öncə tapşırılmışdı.
 
"Rupor"a daxil olan məlumata görə, nazir bununla bağlı 1 saat öncə əmr imzalayıb. Rəis əvəzinin xidmətə uyğunsuzluq maddəsi ilə vəzifəsindən çıxarıldığı bildirilir.
Elxan İbrahimov həm də həkim Komissiyasının sədri idi. Onu mətbuat yaxşı tanıyır: barəsində dəfələrlə tənqidi məqalələr dərc olunub.
 
Polkovnik general-mayor Natiq Əliyevin yerinə təyin olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.